Ağstafada növbəti monitorinq - Sahibkarlarla görüş oldu - Fotolar


Azərbaycan Prezidenti İlham Əliyevin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın yerlərdə icra vəziyyətinin qiymətləndirilməsi məqsədilə Ağstafa rayonunda növbəti monitorinq təşkil olunub.
Mediaxeberleri.Az xəbər verir ki, monitorinq çərçivəsində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 11-ci ərazi sektorunun müdiri Elvin Azadəliyev və Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq və balıqçılıq şöbəsinin müdir müavini - sektor müdiri Vüsal Mirzəyev rayon ərazisində fəaliyyət göstərən aqroparka, iri fermer təsərrüfatlarına və yeni salınmış intensiv meyvə bağlarına baxış keçiriblər. Səfər zamanı həmçinin soyuducu anbar və emal müəssisələrinin yaradılması istiqamətində yerli sahibkarlarla görüşlər baş tutub.
Tədbirin əsas məqsədi Dövlət Proqramından irəli gələn vəzifələrin icra səviyyəsini yoxlamaq, rayonun aqrar potensialından səmərəli istifadə imkanlarını araşdırmaq, müasir və intensiv kənd təsərrüfatı texnologiyalarının tətbiqi vəziyyəti ilə tanış olmaq və istehsal göstəricilərini yerində təhlil etmək olub.
Xəbəri paylaş
1 mənbə

Report+5 mənbə