"Sabah"ın üzvü həftənin rəmzi komandasına seçilib


Basketbol Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlanıb.
Offsideplus.az xəbər verir ki, bu dəfə siyahıda Azərbaycan təmsilçisi "Sabah"ın oyunçusu Cerri Bleyks də yer alıb.
Bleyks ehtiyatdan meydana daxil olduğu qarşılaşmada "Trabzonspor"a qarşı 29 dəqiqə ərzində 17 xal, 9 assist, 4 ribaund toplayıb və 28 səmərəlilik göstəricisi ilə fərqlənib. Bu qələbə "Sabah" üçün turnirdə ən böyük fərqlə əldə olunan uğur olub.
Həftənin rəmzi beşliyinə həmçinin Ceylen Finç ("Peristeri Betsson"), Gitis Radzeviçius ("Rytas"), Alen Omiç ("Spartak Office Shoes") və Bastien Vautier ("Surne Bilbao") daxil edilib. Azarkeşlər liqanın rəsmi saytında həftənin ən yaxşı oyunçusunu seçə bilərlər.