“Sabah” – Avropa nəhənglərini utandıran “kiçik balıq”


1 dəqiqədən az
UEFA Çempionlar Liqasının liqa mərhələsində çıxış edən klubları ilk 4 turdakı nəticələrinə əsasən qiymətləndirilib.
Futbolinfo.az xarici mətbuata istinadən xəbər verir ki, Norveç təmsilçiləri “Bodo-Qlimt”, “Vikinq” və Azərbaycan çempionu “Sabah”ın performansı xüsusi diqqət çəkib.
“Avropa nəhənglərini utandıran kiçik balıqlar” başlıqlı məqalədə məhz bu 3 klubun gözləniləndən daha yaxşı oyun sərgilədikləri yazılıb. Norveç klublarının 4, “Sabah”ın isə 3 xal toplaması mütəxəssislər üçün sürpriz olub.
Valdas Dambrauskasın yetirmələrinin debüt ilində müdafiə xəttindəki çıxışı da diqqətdən yayınmayıb. Belə ki, qəsəbə komandası vurduğu 4 qola qarşılıq 10 dəfə mərkəzə dəvət edilib. “Sabah” bununla “Liverpul”, “Vikinq” və “Lill” ilə eyni göstəriciyə malikdir. Təmsilçimiz liqa mərhələsində yer alan 8 klubu isə qabaqlayır. Bunlar “Slovan” (17 qol), “Lans” (16), “Vilyarreal” (14), “Fənərbağça”, “Napoli”, AEK, “Leypsiq” və “Feyenoord”dur (11).
Qeyd edək ki, “Sabah” hazırda 3 xalla 36 komanda arasında 31-ci pillədə qərarlaşır. Bakı klubu 5-ci tur çərçivəsində noyabrın 25-də İspaniya nəhəngi “Barselona”nı qəbul edəcək.