Rusiyanın terror cəhdinə Estoniyadan sərt cavab


Estoniya hökuməti cümə günü Rusiya ilə quru sərhədindəki bütün sərhəd-keçid məntəqələrinin bağlanması barədə qərar qəbul edib.
Bizim.Media ERR telekanalına istinadən xəbər verir ki, bu barədə mətbuat konfransında ölkənin Baş naziri Kristen Mixal məlumat verib.
Qərara əsasən, Rusiya ilə quru sərhədində yerləşən bütün keçid məntəqələri — Narvadakı iki, eləcə də Estoniyanın cənub-şərqindəki (Koydula və Luxamaa) iki məntəqə dekabrın 1-i saat 07:00-dan etibarən bağlanacaq.
Baş nazir əlavə edib ki, altı aydan sonra Estoniya hökuməti təhlükəsizlik vəziyyətini nəzərə alaraq sərhədin bağlı saxlanılması zərurətini yenidən qiymətləndirəcək.
Telekanalın məlumatında bildirilib ki, hökumətin Rusiya ilə sərhədi bağlamaq qərarına təkan verən əsas amil noyabrın 14-də Viimsidə yerləşən "Threod Systems" müdafiə müəssisəsinin yandırılmasına cəhd olub.
Estoniya hakimiyyəti hücumun Rusiya hərbi kəşfiyyatının (QRU) tapşırığı ilə təşkil edildiyini bəyan edib. Hücumun hazırlanmasında iştirakda şübhəli bilinən 8 Latviya sakini saxlanılıb.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play
