Zaxarova: "Rusiyadan qaz almaqdan imtina edən Avropa "sadomazoxizm"lə məşğuldur"


Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "VKontakte" sosial şəbəkəsində yayımlanan brifinqdə Avropa ölkələrinin Rusiya enerji daşıyıcılarından imtina etməsi nəticəsində üzləşdiyi iqtisadi itkiləri şərh edərək Brüsselin sadomazoxizmlə məşğul olmağı xoşladığını bildirib.
32gun.az yazır ki, Diplomat istehza ilə qeyd edib ki, bəlkə də avropalılara bu çuxurda qalmaq xoş gəlir və ya bu hal onların gender kimliyi ilə bağlı növbəti qəribəliklərinin, bir növ sadomazoxizmin təzahürüdür. Bununla yanaşı, Zaxarova Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Dan Yorgensenin Aİ ölkələrini qaz və elektrik enerjisi istehlakını azaltmaq tədbirlərini nəzərdən keçirməyə çağıran bəyanatını xatırladaraq, hazırkı şəraitdə Brüsselin yeganə strategiyasının əhalidən kəmərləri daha da sıxmağı və mənzilləri daha az qızdırmağı tələb etmək olduğunu vurğulayıb. Xatırladaq ki, daha əvvəl Rusiya Prezidenti Vladimir Putin Avropadakı enerji vəziyyətini "Başqasına quyu qazma, özün düşərsən" atalar sözü ilə dəyərləndirmiş və məhz bu ssenarinin baş verdiyini demişdi. Bundan öncə isə "Politico" nəşri qarşıdan gələn qışda Aİ-nin 14 milyard kubmetrə çata biləcək ən böyük qaz kəsiri ilə üzləşə biləcəyini, Avropa anbarlarının cəmi 72 faiz civarında dolduğunu və bunun son 15 ilin payız fəsli üçün minimum göstərici olduğunu yazmışdı.
Nilay
1 mənbə
