Yaponiya Hindistanın ərazisindən istifadə edəcək


Yaponiya və Hindistan hərbi əməkdaşlığın genişləndirilməsi, birgə təlimlərin intensivləşdirilməsi və müdafiə sənayesi sahəsində tərəfdaşlığın gücləndirilməsi barədə razılığa gəliblər.
Xitab24.az xarici mediaya istinadən xəbər verir ki, razılaşma noyabrın 19-da Tokioda keçirilən iki ölkənin xarici işlər və müdafiə nazirlərinin dördüncü görüşündə əldə olunub.
Razılaşmanın ən diqqətçəkən məqamlarından biri Yaponiya Özünümüdafiə Qüvvələrinin Hindistan ərazisindəki poliqonlardan istifadə etməsinə icazə verilməsidir. Bununla Yaponiya hərbçiləri ilk dəfə Hindistanda döyüş sursatlarından istifadə etməklə canlı atış təlimləri keçirə biləcəklər.
Təlimlərə gəmi əleyhinə raketlərin buraxılması da daxil ediləcək. Müvafiq niyyət məktubu imzalanıb və tərəflər razılaşmanın həyata keçirilməsi üçün koordinasiyanı sürətləndirmək barədə razılığa gəliblər.
