Ağ Evin keçmiş mətbuat katibi qalmaqalın mərkəzində – İstintaq başladı


Kaliforniya Dövlət Vəkillər Kollegiyası Ağ Evin keçmiş mətbuat katibi Keti Zakariya ilə bağlı istintaqa başlayıb. O, vəkil olmadığı halda dəfələrlə özünü hüquqşünas kimi təqdim etməkdə şübhəli bilinir.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, bu barədə qeyri-kommersiya təşkilatı olan “Campaign for Accountability” (CfA) məlumat yayıb.
Təşkilatın açıqlamasına görə, Kaliforniya Dövlət Vəkillər Kollegiyası 14 oktyabr 2026-cı il tarixində təqdim edilmiş şikayət əsasında araşdırmaya başlanıldığını təsdiqləyən məktub göndərib.
Şikayətdə Keti Zakariyanın özünü dəfələrlə vəkil kimi təqdim etməklə Kaliforniya qanunlarını pozmuş ola biləcəyi iddia olunur.
Qeyd edək ki, Zakariya daha əvvəl vəkillik imtahanından keçə bilmədiyini etiraf edib.
