Rusiyada nadir torpaq elementlərinin istehsalını aşağı tələbat məhdudlaşdırır


Rusiyada 28,5 milyon ton nadir torpaq elementi ehtiyatı olsa da, daxili tələbatın aşağı olması hasilatın genişləndirilməsinə mane olur.
Rusiya Federal Yeraltı Sərvətlər Agentliyinin rəhbəri Oleq Kazanov bildirib ki, ölkədə bu elementlərin illik istehlakı cəmi 3 min ton təşkil edir.
Onun sözlərinə görə, Rusiya 17 növ xammalı xaricdən idxal edir. Nadir torpaq elementləri ayrı-ayrılıqda hesablandıqda bu rəqəm 29-a çatır.
Kazanov qeyd edib ki, 2022-ci ildən sonra xammal idxalından asılılıq iqtisadi deyil, həm də milli təhlükəsizlik məsələsinə çevrilib. Bu səbəbdən dövlət yerli istehsalın inkişafını dəstəkləyir.
Rusiya 2030-cu ilədək nadir torpaq elementlərinin istehsalını artırmaq və idxaldan asılılığı azaltmaq üçün müxtəlif layihələr həyata keçirir.
1 mənbə
