Rusiya Kiyevə kütləvi raket və dron hücumu həyata keçirib: ölənlər və yaralananlar var


20.11.2026 - 23:59
Rusiya qüvvələri noyabrın 20-nə keçən gecə Ukraynanın paytaxtı Kiyevə raket və pilotsuz uçuş aparatları ilə hücum edib. Editor.az xəbər verir ki, Associated Press-in məlumatına görə, hücum nəticəsində azı üç nəfər həlak olub, doqquz nəfər yaralanıb.
Zərbələr paytaxtın nəqliyyat infrastrukturuna, körpülərə və enerji təchizatı obyektlərinə ziyan vurub. Bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Hücumlar Ukraynada qış mövsümünün yaxınlaşdığı bir vaxtda enerji təhlükəsizliyi ilə bağlı vəziyyəti daha da çətinləşdirir. Ukrayna tərəfi ölkənin hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsinin və beynəlxalq tərəfdaşlardan əlavə dəstək alınmasının vacibliyini vurğulayır.
//Samir Qurbanov, Editor.az
1 mənbə
Report+2 mənbə