Rusiya ilə Ukrayna əsir mübadiləsini razılaşdırmaq üzrədir – Peskov
InterpressXuraman Etibarli


Rusiya və Ukrayna arasında əsir mübadiləsinin yaxın vaxtlarda baş tutacağı gözlənilir.
İnterpress.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Onun sözlərinə görə, Rusiya və Ukrayna arasında əsir mübadiləsi ilə bağlı razılaşma prosesi yekun mərhələdədir.
Peskov bildirib ki, hazırda xüsusi xidmət orqanları əsirlərin siyahılarını dəqiqləşdirir.
Moskva mübadilənin yaxın vaxtlarda həyata keçiriləcəyinə ümid edir.
Xuraman Etibarlı
İnterpress.az