Hicran Hüseynova qəbul keçirib


Milli Məclisin inzibati binasında Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri kimi növbəti vətəndaş qəbulunu keçirdim.
Qəbul zamanı vətəndaşların müraciətlərini dinlədim, onları narahat edən məsələlər və qarşılaşdıqları çətinliklərlə ətraflı tanış oldum. Müraciətlər ailə-məişət münasibətləri, səhiyyə, məşğulluq, əmək pensiyaları və sosial təminatla bağlı müxtəlif məsələləri əhatə edirdi.
Hər bir müraciətin mahiyyətinə uyğun yanaşılması, qaldırılan problemlərin qanunvericiliyin tələbləri çərçivəsində araşdırılması və mümkün həlli yollarının müəyyənləşdirilməsi əsas diqqət mərkəzində oldu. Bir sıra müraciətlərlə bağlı müvafiq addımların atılması, əlavə araşdırma tələb edən məsələlərin isə aidiyyəti dövlət qurumları ilə birgə nəzərdən keçirilməsi istiqamətində müvafiq işlərin görülməsi müəyyənləşdirildi.
Vətəndaşlarla birbaşa ünsiyyət onların qayğı və ehtiyaclarını daha yaxından öyrənmək, mövcud problemlərə diqqət yetirmək və həlli istiqamətində ardıcıl fəaliyyət göstərmək baxımından mühüm əhəmiyyət daşıyır. Hər bir müraciətə diqqət və məsuliyyətlə yanaşmaq fəaliyyətimizin əsas prinsiplərindəndir.
Hicran Hüseynova
Milli Məclisin deputatı