Sikorski: Rusiya hər ay 40-50 min hərbçi itirir


19.11.2026 - 21:43
Polşanın xarici işlər naziri Radoslav Sikorski Rusiyanın Ukraynada verdiyi hərbi itkilərin miqyasından danışıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Sikorskinin sözlərinə görə, Rusiya hər ay təxminən 40-50 min hərbçisini öldürülmüş və yaralanmış vəziyyətdə itirir.
O, bu rəqəmləri Koreya müharibəsi və Sovet İttifaqının Əfqanıstandakı müharibəsi ilə müqayisə edib.
Nazir bildirib ki, Koreya müharibəsi üç il davam edib və ABŞ-ın ümumi hərbi itkiləri həmin müddət ərzində 40-50 min nəfər təşkil edib.
Sikorskinin sözlərinə görə, Sovet İttifaqı Əfqanıstan müharibəsinin bütün dövründə təxminən 13 min hərbçi itirib, Rusiya isə hazırda bir ay ərzində bundan daha çox itki verir.
Qeyd: 40-50 min rəqəmi öldürülən və yaralanan hərbçilərin ümumi sayını ifadə edir, yalnız ölənlərin sayını deyil.
Rauf
