Rubinyan: İndi hər şey Türkiyədən asılıdır


15:05 • 17 Noyabr 20261 dəq oxu
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Ermənistan Türkiyə ilə sərhədi artıq bu gündən açmağa və iki ölkə arasında diplomatik münasibətlər qurmağa hazırdır.
Xezerxeber.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Ruben Rubinyan noyabrın 17-də jurnalistlərə açıqlamasında Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesindən danışarkən bildirib.
“Ermənistan-Türkiyə sərhədinin açılması və diplomatik münasibətlərin ən qısa zamanda qurulması üçün hər hansı maneə olduğunu düşünmürəm. Biz bu addımı elə bu gün, yaxud sabah atmağa hazırıq. İndi hər şey Türkiyədən asılıdır”, - deyə Rubinyan vurğulayıb.
Onun sözlərinə görə, Marqara-Əlican sərhəd-keçid məntəqəsinin hər iki tərəfindəki nəzarət-buraxılış məntəqələri bərpa olunub və fəaliyyətə hazırdır.
Rubinyan Türkiyə tərəfinin Qars-Gümrü dəmir yolunun öz ərazisindən Ermənistan sərhədinədək uzanan hissəsinin yenidən qurulmasına başladığını da bildirib.
“Yaxşı xəbər odur ki, Türkiyə tərəfi Qars-Gümrü dəmir yolunun öz ərazilərindəki hissəsinin, yəni sərhədimizə qədər olan xəttin bərpasına başlayıb. Ən son məlumatıma görə, işlər sürətlə davam edir”, - deyə parlament sədri qeyd edib.
O əlavə edib ki, münasibətlərin normallaşdırılması prosesi davam edir və iki ölkənin xarici işlər nazirlikləri səviyyəsində danışıqlar aparılır.
© xezerxeber.az
