Azərbaycan Xarici İşlər Nazirliyi Fransanın bəyanatlarına sərt reaksiya bildirib


34 mənbə əsasında
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın rəsmi şəxslərinin ölkəmizə qarşı səsləndirdiyi iddialara münasibət bildirib. O, Fransanın nümayiş etdirdiyi birtərəfli mövqeyin və selektiv yanaşmanın bölgədəki sülh prosesinə mənfi təsir göstərdiyini vurğulayıb. Eyni zamanda, 2023-cü ilin sentyabrında həyata keçirilən tədbirlərin beynəlxalq hüquq norma və prinsiplərinə tam uyğun olaraq suverenliyin bərpası məqsədilə icra edildiyi diqqətə çatdırılıb.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Rəsmi Bakı Fransanı Azərbaycanın daxili işlərinə müdaxilədən çəkinməyə çağırıb
Fransanın Avropa və Xarici İşlər Nazirliyinin (XİN) və xarici ticarət və iqtisadi cəlbedicilik məsələləri üzrə səlahiyyətli nazirin Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı son iddiaları tamamilə qəbuledilməzdir.NTV xəbər verir ki, bunu Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadə Fransanın Avropa və Xarici İşlər Nazirliyində xarici ticarət və iqtisadi cəlbedicilik məsələləri üzrə səlahiyyətli nazir Nikola Forissyenin və Fransa Avropa və Xarici İşlər Nazirliyinin fransalı deputatın suallarına cavablarında Azərbaycana qarşı səsləndirdikləri iddialara dair şərhində bildirib.A. Hacızadə qeyd edib ki, Fransanın nümayiş etdirdiyi selektiv yanaşma, birtərəfli qiymətləndirmələri və siyasi motivli narrativlərə əsaslanmaqda davam etməsi regionda sülh gündəliyinin irəliləməsinə xidmət etmir:"2023-cü ilin sentyabr ayında Azərbaycanın həyata keçirdiyi anti-terror tədbirləri Ermənistan silahlı qüvvələrinin və onlara bağlı strukturların Azərbaycan Respublikasının suveren ərazilərində qanunsuz hərbi mövcudluğuna və fəaliyyətinə son qoyulmasına, ölkənin konstitusiya quruluşunun bərpa edilməsinə, suverenliyinin və ərazi bütövlüyünün təmin olunmasına yönəlmiş və BMT Nizamnaməsinin müvafiq müddəaları da daxil olmaqla, beynəlxalq hüquqa uyğun həyata keçirilib. Bu tədbirləri beynəlxalq hüququn pozulması kimi təqdim etmək cəhdləri, eyni zamanda, onilliklər ərzində davam etmiş işğalı, etnik təmizləməni və yüz minlərlə azərbaycanlının hüquqlarının sistematik şəkildə pozulmasını nəzərə alınmaması qəbuledilməzdir".XİN-in mətbuat katibi Azərbaycanın ölkədə məhkəmə araşdırmasına cəlb edilmiş və ya məhkum olunmuş şəxslərin "özbaşına həbs edilmiş" şəxslər kimi təqdim edilməsi cəhdlərini rədd etdiyini vurğulayıb:"Məsuliyyətə cəlb edilən şəxslər arasında müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və terrorçuluq da daxil olmaqla, ağır cinayətlərdə ittiham olunan və məhkum edilmiş şəxslər vardır. Onların işlərinə Azərbaycanın milli qanunvericiliyi və müvafiq beynəlxalq öhdəlikl
Tam oxu Anz.az saytındaDərc vaxtına görə
Anz.azoxuduğunuz
Rəsmi Bakı Fransanı Azərbaycanın daxili işlərinə müdaxilədən çəkinməyə çağırıb