Qvardiola bu ölkə millisinin baş məşqçisi olmaqdan imtiha etdi


İDMAN
19 Noyabr 2026 | 14:36 | Müəllif: Əli Hüseynov
"Mançester Siti"nin keçmiş baş məşqçisi Xosep Qvardiola Səudiyyə Ərəbistanı milli komandasını çalışdırmaq təklifini rədd edib.
Bakıvaxtı.az xəbər verir ki, bu ilin aprel ayından bəri Səudiyyə Ərəbistanı milli komandasını yunan məşqçi Yorgos Donis çalışdırır. Dünya çempionatında Səudiyyə Ərəbistanı komandası pley-off mərhələsinə yüksələ bilməyib və H qrupunda sonuncu yeri tutub.
Daha əvvəl bildirilib ki, "Mançester Yunayted"ə keçən argentinalı məşqçi Maurisio Poçettinonun gedişindən sonra ABŞ Futbol Federasiyası da Qvardiolanı baş məşqçi vəzifəsinə dəvət etməkdə maraqlıdır. Qvardiola ötən mövsümün sonunda "Mançester Siti"dən ayrılıb.
Dərc vaxtına görə
Bakivaxti.azoxuduğunuz
Qvardiola bu ölkə millisinin baş məşqçisi olmaqdan imtiha etdi