Qızıl ucuzlaşmaqda davam edəcək? - AÇIQLAMA

Dünya bazarında qızılın qiyməti 2025-ci ilin sentyabrından bəri ən aşağı səviyyəyə düşüb. Noyabrın 18-də səhər saatlarında bir troya unsiyası qızıl 3 796 dollara satılıb, gün ərzində isə qiymət 3 757 dollara qədər enib. Analitiklər ucuzlaşmanı əsasən Amerika Birləşmiş Ştatlarında faiz dərəcələrinin yenidən artırılacağına dair gözləntilər və dolların möhkəmlənməsi ilə əlaqələndirirlər. Bəs görəsən qızılın bu qədər düşməsinin əsas səbəbi nədir? İqtisadçı Elşən Bağırzadə Sfera.az-a açıqlamasında deyib ki, qızılın ucuzlaşmasının əsas səbəbi ABŞ-nin pul-kredit siyasəti ilə bağlı gözləntilərin dəyişməsidir: “Qızılın dünya bazarında qiymətinin bir troya unsiyası üçün 3 790-3 800 dollar səviyyəsinə qədər geriləməsinin əsas səbəbi ABŞ-nin pul-kredit siyasəti ilə bağlı gözləntilərin dəyişməsidir. Belə ki, ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini yüksək səviyyədə daha uzun müddət saxlayacağına dair gözləntilər dolları və faiz gəlirli maliyyə alətlərini investorlar üçün daha cəlbedici edir. Nəticədə qızıla investisiya tələbi zəifləyir və onun qiyməti aşağı düşür”. İqtisadçı dolların möhkəmlənməsinin və bəzi investorların satış qərarlarının da qiymətə təsirini izah edib: “Qızıl istiqrazlardan və bank depozitlərindən fərqli olaraq faiz gəliri gətirmir. Buna görə də faiz dərəcələrinin yüksək qalması investorların qızıl saxlamaqla imtina etdikləri alternativ gəliri artırır. Eyni zamanda, dolların möhkəmlənməsi qızılı digər valyutalardan istifadə edən alıcılar üçün bahalaşdırır və beynəlxalq tələbi məhdudlaşdırır. Əvvəlki dövrlərdə qızılın qiymətinin əhəmiyyətli dərəcədə yüksəlməsi fonunda bəzi investorların mənfəətlərini reallaşdırmaq məqsədilə satışlara üstünlük verməsi də ucuzlaşmanı sürətləndirə bilər”. E.Bağırzadə geosiyasi gərginliyin qızılın qiymətinə iki istiqamətdə təsir göstərə bildiyini vurğulayıb: “Adətən beynəlxalq münaqişələr və qeyri-müəyyənliklər qızıla təhlükəsiz investisiya aktivi kimi tələbi artırır. Lakin geosiyasi gərginliklər enerji qiymətlərini v
Bu xəbərin tam mətnini mənbədən almaq alınmadı.
Orijinalı Gender.az saytındaDərc vaxtına görə
