Qazaxda iki avtomobil toqquşub, həlak olanlar var - YENİLƏNİB


21:28 • 18 Noyabr 20261 dəq oxu
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Qazaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Xezerxeber.az-ın məlumatına görə, hadisə rayonun Yuxarı Salahlı ərazisində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində 3 nəfər hadisə yerində ölüb, xəsarət alanlar var. Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
20:10
Qazaxda ağır yol-nəqliyyat hadisəsində xəsarət alanlardan biri xəstəxanada ölüb.
Xezerxeber.az-ın məlumatına görə, toqquşan avtomobillərdən birinin sürücüsü İ.Müsədirovun həyatını xilas etmək mümkün olmayıb.
Xəsarət alan sərnişin, 1996-cı il təvəllüdlü T.Dərgahquliyevanın vəziyyətinin isə ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
© xezerxeber.az
Dərc vaxtına görə