“Ermənistan və Türkiyə Marqara istiqamətində ikinci körpünün tikintisini planlaşdırır” - Mirzoyan


“Ermənistan və Türkiyə Marqara istiqamətində ikinci körpünün tikintisini, eləcə də sərhəd-keçid infrastrukturunun inkişaf etdirilməsini nəzərdə tutur”.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan noyabrın 19-da hökumətin iclasında bildirib.
Onun sözlərinə görə, hər iki tərəf sərhədin açılmasını real hesab edir.
Mirzoyan əlavə edib ki, Axurik və Arazdəyən istiqamətlərində dəmir yolu qovşaqlarının təmiri də planlaşdırılır.
Ermənistanın baş naziri Nikol Paşinyan isə bildirib ki, sərhədlərlə bağlı Azərbaycanla, körpünün və daha böyük gömrük-keçid məntəqəsinin tikintisi ilə bağlı İranla, ötürücülük qabiliyyətinin artırılması məsələsində isə Gürcüstanla danışıqlar aparılır.
Paşinyan bütün bunları “Sülh kəsişməsi” (Zəngəzur dəhlizi-red.) layihəsinin praktiki həyata keçirilməsi adlandırıb.
Alpər Mövludoğlu Ordu.az
Dərc vaxtına görə