İran səkkiz ay sonra Britaniya hərbi bazasına hücumu ETİRAF ETDİ


İran səkkiz ay sonra Hind okeanında yerləşən Britaniya hərbi bazasına hücum etdiyini faktiki olaraq təsdiqləyib.
Publika.az SNN agentliyinə istinadla xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi nümayəndəsi, general Məhəmməd Mohebbi “Azadlıq öncülləri” qurultayının kuluarlarında bəyanat verib.
“Biz artıq Dieqo-Qarsiya adası yaxınlığında 4,5 min kilometr mənzilli raket potensialımızı nümayiş etdirmişik”, – deyə o bildirib.
İranın Hind okeanındakı Britaniya hərbi bazasına hücumu barədə məlumatlar mart ayında yayılıb, lakin Tehran bunu təsdiqləməyib.
Mohebbinin sözlərinə görə, İran raketlərinin mənzilinin 2 min kilometrlə məhdudlaşdırılması barədə qərar əvvəlki ali liderin göstərişi ilə qəbul edilib.
“Raket imkanlarımız elədir ki, ali lider əmr verəcəyi təqdirdə, coğrafi məhdudiyyətlər olmadan əməliyyatlar keçirə bilərik”, – deyə SEPAH nümayəndəsi bildirib.
O, həmçinin Vaşinqtonun İranın ABŞ-ni kimyəvi silah və ya kiberhücumlarla təhdid etməsi barədə iddialarını rədd edərək, bunları İsrail və ABŞ rəhbərliyinin psixoloji müharibəsinin və saxta əməliyyatlarının tərkib hissəsi adlandırıb. Mohebbinin sözlərinə görə, İran nə vaxtsa hücum etmək qərarına gəlsə, bu barədə açıq şəkildə bəyan edəcək və əməliyyatı da eyni şəkildə açıq şəkildə həyata keçirəcək.
Hüseyn İbadlı
Report+1 mənbə