Gəncədə iki avtomobil toqquşub, yaralananlar var


Gəncədə avtoqəza baş verib, xəsarət alanlar var.
Oxu.Az-ın məlumatına görə, şəhərin Fətullah Həsənov küçəsində "Nissan" və VAZ-2107 markalı nəqliyyat vasitələri toqquşub.
Nəticədə Turqut Bayramov, Nail Mustafayev və Fuad Rüstəmov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Zərərçəkənlər xəstəxanaya çatdırılıb, vəziyyətləri kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Yusuf Məmmədli
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
oxu.az/hadise/gence…
Qaynar xətt:
(055) 224 12 12
Dərc vaxtına görə

APA+1 mənbə