Ağır xəstə qadın məhbusların azadlığa buraxılması TƏKLİF EDİLDİ
InterpressXuraman Etibarli


Lerçekin əfvindən sonra ağır xəstə qadın məhbusların azad edilməsi təklif olunub.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının Ailə məsələləri komitəsinin sədri Nina Ostanina açıqlama verib.
Bloqer Lerçekin əfv edilməsindən sonra deputat ağır xəstə olan bütün qadın məhbusların vaxtından əvvəl azadlığa buraxılmasını təklif edib.
Ostaninanın sözlərinə görə, humanist yanaşma yalnız tanınmış və nüfuzlu şəxslərlə əlaqələri olan insanlara şamil edilməməlidir.
Onun fikrincə, xəstə uşaqları böyüdən qadın məhbuslar da erkən azadlığa buraxılmaq hüququna malik olmalıdırlar.
Xuraman Etibarlı
İnterpress.az