Qaxda yeniyetmənin idarə etdiyi avtomobil aşdı – 4 nəfər yaralandı


19 Noyabr 2026
Qax rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində dörd yeniyetmə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Veten.Az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
İlkin məlumata görə, yeniyetmənin idarə etdiyi minik avtomobili hərəkətdə olarkən aşıb.
Qəza zamanı avtomobildə olan Qax rayonunun Qaysarlı kənd sakinləri – 16 yaşlı Y.Aslanlı, E.Buğdaliyev, Q.Məmmədli və Bakı şəhər sakini, 15 yaşlı A.Əfəndizadə xəsarət alıblar.
Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Dərc vaxtına görə
