Bir ayda ikinci hadisə: 15 yaşlı qız qaçırıldı


Sabirabadda 17 yaşlı oğlan 15 yaşlı qızı qaçırıb.
Axar.az Xitab24.az-a istinadla xəbər verir ki, hadisə rayonun Cavad kəndində qeydə alınıb.
Hadisə bu gün səhər saatlarında baş verib.
Qeyd edək ki, ötən ay da eyni kənddə oxşar hadisə baş vermiş, 17 yaşlı oğlan 14 yaşlı qızı evlənmək məqsədi ilə qaçırmışdı.

Oxu.az+4 mənbə