Həkim xəstəni öldürmək ittihamı ilə həbs edilib


Hadisə 19 Noyabr, 202622:57
Arxangelsk vilayətinin Severodvinsk şəhərində 73 yaşlı xəstəni qətlə yetirməkdə ittiham olunan 29 yaşlı həkim həbs edilib.
Tezadlar.az xarici mediaya istinadən bildirir ki, istintaq məlumatına görə, 2025-ci ilin dekabr ayında reanimatoloq Oleq Q. qadını xilas etməyə çalışıb, lakin səylərinin uğursuz olduğunu düşünərək onun öldüyünü bildirib. Cəsəd meyitxanaya göndərilib və iki saat sonra işçilərdən biri həyat əlamətləri görüb həkimə məlumat verib.
Həkim meyitxanaya gəlib, xəstənin nəbzini yoxlayıb və səhvini ört-basdır etmək üçün ona “Propofol” adlı anestezik dərman vurub. İynə ölümcül olub.
Həkim barəsində köməksiz qadının qətli ilə bağlı cinayət işi açılıb.

Oxu.az+4 mənbə