Qaxda maşın aşdı - 4 yeniyetmə...


HADİSƏ
19 Noyabr 2026 | 21:13 | Müəllif: Subhan Mahmudov
Qaxda yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az-ın məlumatına görə, hadisə Qax rayonunun Qaysarlı kənd ərazisində olub.
Belə ki, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq aşıb. Hadisə zamanı Qax rayonunun Qaysarlı kənd sakinləri – 16 yaşlı Yusif Aslanlı, 16 yaşlı Elgün Buğdaliyev, 16 yaşlı Qədir Məmmədli və Bakı şəhər sakini, 15 yaşlı Anar Əfəndizadə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır./Qafqazinfo
Dərc vaxtına görə

Teleqraf.az+10 mənbə