Putin: "Rusiya və ABŞ arasında Ukraynadakı münaqişə ilə bağlı anlaşma var"


Rusiya və ABŞ arasında Ukraynadakı münaqişənin nizamlanması məsələsi üzrə anlaşma var.
Ordu.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Tramp və Çin sədri Si Cinpinlə üçtərəfli görüşün yekunlarına dair brifinqdə çıxışı zamanı bildirib.
"Ukraynanın nizamlanması üzrə kompromislər var, onlar ABŞ tərəfindən təklif olunub, biz onlarla, həm də, Ankoricdə razılaşmışıq", - Putin deyib.
Rusiya lideri həmçinin bəyan edib ki, Donald Trampın Ukrayna münaqişəsinin həllinə və Rusiya ilə münasibətlərin yoluna qoyulmasına səmimi şəkildə can atdığına şübhə etmir.
Bununla belə, Rusiya Prezidenti hesab edir ki, Avropa İttifaqı və Ukrayna döyüş əməliyyatlarının dayandırılmasına dair kompromislərə və razılaşmalara hazır deyillər.
Ordu.az
Dərc vaxtına görə

Report+1 mənbə