Paulo Kosta Usman və Merabın insidentinə münasibət bildirib


UFC döyüşçüsü Paulo Kosta Usman Nurmaqomedov və Merab Dvalişvilinin arasında baş verən insidentə münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, Kosta bu barədə belə deyib: "Belə hadisələri çox görmüşəm. Bu oğlanlar heç vaxt tək gəlmirlər". Qeyd edək ki, daha əvvəl Usman Nurmaqomedovun komandası ilə Merab Dvalişvili və onun dostu arasında kütləvi dava baş verdiyi məlum olub. Xabibin qardaşı Dvalişviliyə sillə vurub və qanlı dava baş verib.