Ermənistanda yeni konstitusiya layihəsi və gözlənilən siyasi dəyişikliklər planı


5 mənbə əsasında
Ermənistanın baş naziri Nikol Paşinyan yeni konstitusiya dəyişiklikləri ilə bağlı ölkədə genişmiqyaslı siyasi proseslərə start verməyi planlaşdırır. Yerli mətbuatın hakimiyyətdəki mənbələrə istinadən yaydığı məlumata görə, baş nazir layihənin rəsmi dərcindən əvvəl cəmiyyətə fəaliyyət planını təqdim edərək ictimai dəstək qazanmağı hədəfləyir. Proses çərçivəsində parlamentdə atılacaq addımlar, məsələnin referenduma çıxarılması yolları və iqtidar daxilində mümkün uğursuzluq ssenariləri müzakirə olunur. Hakim Vətəndaş Sazişi Partiyasında yarana biləcək çətinliklər səbəbindən növbədənkənar parlament seçkilərinin keçirilməsi də istisna edilmir.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Paşinyanın konstitusiya planı: Ermənistanda nə baş verəcək?
Ajans.az xəbər verir ki, bu barədə Ermənistanın "Joxovurd" qəzeti hakimiyyətdəki mənbələrinə istinadən məlumat yayıb.Qeyd olunur ki, baş nazir yaxın vaxtlarda Ermənistana nə üçün yeni konstitusiyanın lazım olduğunu, hökumətin hansı məqsədləri güddüyünü və onun qəbul edilməsi üçün hansı yollardan istifadə olunacağını şəxsən ictimaiyyətə izah etmək niyyətindədir."Paşinyan yeni konstitusiya layihəsi dərc olunmazdan əvvəl cəmiyyətə tam fəaliyyət planını təqdim edərək konkret mesajlar vermək istəyir. Burada məqsəd təkcə yeni konstitusiyanın məzmununu izah etmək deyil, həm də layihənin dərci ardınca hansı proseslərin başlayacağını, parlamentdə atılacaq addımları və hökumətin məsələni referenduma necə çıxaracağını aydınlaşdırmaqdır. Hökumət daxilindəki mənbələr bildirir ki, Paşinyanın əsas hədəfi bu məsələdə əvvəlcədən ictimai dəstək qazanmaq, daha sonra isə siyasi və parlament prosedurları vasitəsilə layihənin irəliləyişini təmin etməkdir. Başqa sözlə, baş nazir yalnız yeni konstitusiyanın zəruriliyini əsaslandırmağa deyil, həm də cəmiyyəti onun qəbulu ilə bağlı siyasi proseslərə cəlb etməyə hazırlaşır. Bununla belə, iqtidar daxilindəki müzakirələr sadəcə bu ssenari ilə məhdudlaşmır", - qəzetin materialında vurğulanır.Nəşr qeyd edir ki, hakim Vətəndaş Sazişi Partiyasında uğursuzluq ehtimalı da müzakirə olunur, bu isə növbədənkənar parlament seçkinin keçirilməsi ilə nəticələnə bilər:"Hakim dairələrdə hesab edirlər ki, konstitusiya dəyişiklikləri prosesi Paşinyanın planlaşdırdığı kimi getməzsə, baş nazir dərhal növbədənkənar seçkiyə gedə bilər. Üstəlik, daxil olan məlumatlara görə, Vətəndaş Sazişi Partiyasında bu variantı heç də inandırıcı olmayan ssenari saymırlar və hadisələrin bu cür inkişafına hazırdırlar. Belə görünür ki, iqtidar nümayəndələri növbədənkənar seçki keçiriləcəyi təqdirdə parlamentə daha geniş tərkibdə qayıdacaqlarına və hazırkı müxalifət qüvvələrini kənarda qoyacaqlarına əmindirlər. Beləliklə, 23 noyabr siyasi səhnədə kifayət qədər gərgin bir gün ola bilə
Tam oxu Ajans.az saytındaDərc vaxtına görə
