Ərdoğanın müşaviri: “Məkkə müdafiə sazişi regional rəqibə qarşı yönəlməyib”


“Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan Məkkə müdafiə sazişi konkret regional rəqibə qarşı yönəlməyib və digər ölkələrin də iştirakı üçün açıqdır”.
Ordu.az xəbər verir ki, bu barədə Türkiyə prezidentinin baş müşaviri Çağrı Erhan “Al Jazeera” telekanalına açıqlamasında bildirib.
Erhan Neapolda çıxışı zamanı qeyd edib ki, Məkkə sazişi Türkiyənin mövcud ittifaqlarına alternativ deyil, əksinə, onları tamamlayır. Onun bu açıqlaması husilərin Səudiyyə Ərəbistanına hücumları fonunda səsləndirilib.
Saziş avqust ayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman və Pakistanın Baş naziri Şahbaz Şərif tərəfindən imzalanıb.
Razılaşmanın əsasını kollektiv müdafiə prinsipi təşkil edir. Bu prinsipə əsasən, iştirakçı üç ölkədən birinə qarşı silahlı hücum bütün ittifaq üzvlərinə qarşı hücum kimi qiymətləndirilir.
Sevinc Əliyeva Ordu.az
1 mənbə
