Bu ölkədə vulkan püskürdü-Sakinlərə xəbərdarlıq edildi-VİDEO


Yaponiyanın Sakurajima vulkanında partlayış baş verib. Nəticədə kül sütunu kraterdən təxminən 1 kilometr hündürlüyə qalxıb.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi (JMA) məlumat yayıb.
Partlayış noyabrın 21-də, yerli vaxtla saat 14:35-də (Bakı vaxtı ilə 07:35) qeydə alınıb. Vulkanın ətrafındakı ərazi üçün 3-cü səviyyəli xəbərdarlıq elan edilib.
Sakurajima vulkanı Yaponiyanın Kyuşu adasının cənubunda, Kaqoşima prefekturasında, Kinko körfəzinin sahilində yerləşir. Vulkan eyniadlı şəhərdən təxminən 8 kilometr məsafədədir.
Ətraf ərazidə təxminən 10 min nəfər yaşayır. Yerli əhali əsasən kənd təsərrüfatı, balıqçılıq və turizmlə məşğul olur.
Bölgə həmçinin Arimura və Yunohira rəsədxanaları, isti bulaqları, eləcə də miniatür mandarin portağalı olan Sakurajima Mikan ilə tanınır.
https://t.me/Ajansaz_official/8076
