Paşinyan yeni Konstitusiya ilə bağlı ermənilərə tarix verdi


Ermənistanın yeni Konstitusiya layihəsi noyabrın 23-də ictimaiyyətə təqdim olunacaq.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan açıqlayıb.
Hökumət başçısı sənədin dərc olunacağı tarixlə yanaşı, yaxın zamanda vətəndaşlara müraciət edəcəyini də bildirib.
Xatırladaq ki, Paşinyan bundan əvvəl hökumətin iclasında müxalifətə yeni Konstitusiya layihəsi üzrə referendum keçirilməsini təklif edib. O, təklif olunan sənəd referendumda qəbul edilməyəcəyi təqdirdə istefa verəcəyini, əks halda isə növbəti parlament seçkilərində baş nazir postuna namizədliyini irəli sürməyəcəyini bəyan edib.
Safura Bənnayeva Globalinfo.az

Ordu.az+2 mənbə