Simonyan və Almaniya səfiri Ermənistan-Avropa İttifaqı əlaqələrini və regional prosesləri müzakirə ediblər


Noyabrın 20-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan ölkədəki Almaniya Federativ Respublikasının fövqəladə və səlahiyyətli səfiri Klaudiya Buşu qəbul edib.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibinin Aparatı məlumat yayıb.
Məlumata görə, tərəflər Ermənistan-Almaniya gündəliyinin aktual məsələlərini, eləcə də qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.
Qeyd edilib ki, görüşdə Ermənistan-Avropa İttifaqı əlaqələrinə və regional proseslərə dair məsələlərə də toxunulub.
Alpər Mövludoğlu Ordu.az

Teleqraf.az+5 mənbə