Neymar Messi və Suarezin sözünə qulaq asmayıb
1sport.az1Sport.az

Luis Suares Neymarın 2017-ci ildə “Barselona”dan PSJ-yə keçidi barədə danışıb.
1Sport.az xəbər verir ki, "Catalunya Ràdio"nun “Tot costa” verilişinə müsahibəsində uruqvaylı futbolçu Lionel Messi ilə birlikdə braziliyalı hücumçunu Kataloniya klubunda qalmağa razı salmağa çalışdıqlarını açıqlayıb:
“Onun PSJ-yə keçməsinin qarşısını almaq üçün əlimizdən gələni etdik. Messi hətta Neymar komandada qalsa, “Qızıl top”u qazanacağını demişdi”.
Qeyd edək ki, Neymar 2017-ci ildə PSJ-yə transfer olunub. O, Fransa klubunda keçirdiyi 173 oyunda 118 qol vurub.
