Luis Fiqu: "Vinisius əvvəlki səviyyəsinə qayıdacaq"


Portuqaliyalı futbol əfsanəsi Luis Fiqu "Real Madrid"in braziliyalı cinah oyunçusu Vinisius Juniorun tezliklə əvvəlki oyun səviyyəsinə dönəcəyinə inanır.
Offsideplus.az xəbər verir ki, Fiqu Vinisiusun bu mövsüm bütün turnirlərdə 14 oyunda 2 qol vurduğunu və 3 məhsuldar ötürmə etdiyini xatırladıb. O bildirib: "Onun ustalığını nəzərə alsaq, Vinisius əvvəlki statusuna və oyun səviyyəsinə qayıdacaq. O, şübhəsiz, yenidən meydanda fərq yaradan futbolçu olacaq. Penalti ilə bağlı məsləhətim isə budur: vurmağa davam etsin. Yalnız cəhd edənlər səhv edə bilər".