Alman nəhəngi Yunus Akgünü transfer etmək istəyir


"Qalatasaray"ın futbolçusu Yunus Akgün Avropanın tanınmış klublarından birinin maraq dairəsinə düşüb.
Demokrat.az xəbər verir ki, Almaniyanın "Borussiya Dortmund" klubu Türkiyə millisinin üzvünü transfer etmək niyyətindədir.
"Takvim" nəşrinin məlumatına görə, Bundesliqa təmsilçisinin qış transfer pəncərəsində 26 yaşlı futbolçu üçün İstanbul klubuna rəsmi müraciət etməsi gözlənilir.
Lakin "Qalatasaray" rəhbərliyi və məşqçilər heyəti Yunus Akgünün komandadan ayrılmasını istəmir. Bildirilir ki, yalnız yüksək məbləğli təklif daxil olacağı təqdirdə klub futbolçunun satışını nəzərdən keçirə bilər. Akgünün özünün də karyerasını İstanbul təmsilçisində davam etdirmək istədiyi qeyd olunur.
2029-cu ilin yayına qədər müqaviləsi olan futbolçu bu mövsüm bütün turnirlərdə 15 oyuna çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun bazar dəyəri 18 milyon avro qiymətləndirilir.
