Messi, Mbappe və Yamal FIFPro-nun ilin rəmzi komandasına seçildi


Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyası (FIFPro) ilin rəmzi komandasını açıqlayıb.
Offsideplus.az xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən 19 806 futbolçunun iştirakı ilə müəyyənləşdirilən heyətə aşağıdakı adlar daxil edilib:
Qapıçı: David Raya Müdafiə: Pau Kubarsi, Əşrəf Hakimi, Nunu Mendiş Yarımmüdafiə: Cud Bellingem, Rodri, Vitinya Hücum: Erlinq Holand, Kilian Mbappe, Lionel Messi, Lamin Yamal
Kriştiano Ronaldu və Harri Keyn isə rəmzi komandaya düşməyib. Onların adları yalnız namizədlər siyahısında yer alıb.