Merson: "Məşqçidən asılı olmayaraq səhvləri futbolçular edir"


İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Pol Merson "Mançester Yunayted"in baş məşqçisi Maykl Kerrikin uğursuz nəticələrinə görə günahlandırılmasının düzgün olmadığını bildirib.
Offsideplus.az xəbər verir ki, Merson komandanın son 10 Premyer Liqa oyununda cəmi bir qələbə qazandığını xatırladıb və rəhbərliyin transfer siyasətini tənqid edib.
"Mən Kerriki günahlandıra bilmirəm. Klubda daim baş məşqçilər dəyişir, amma nəticələr eyni qalır. Skamyada kim oturur – Arsen Venqer, Aleks Ferqyuson, Pep Qvardiola və ya Joze Mourinyo – fərq etmir. Səhvləri futbolçular edir. Əgər oyunçular baş məşqçiyə görə mübarizə aparmasaydılar, onları 'Roma' və 'Aston Villa' darmadağın edərdi. Amma belə olmadı: hər iki oyunda komanda hesabı bərabərləşdirdi. İndi Kerrikin istefası məni çox təəccübləndirərdi. Klubun transfer siyasəti düzgün qurulmayıb. İlk transfer pəncərəsində rəhbərlik hücumçulara, sonra yarımmüdafiəçilərə üstünlük verdi, indi isə yəqin ki, mövsümün sonunda müdafiəçiləri transfer edəcək. Komandanı məhz müdafiədən qurmaq lazım idi. Qumun üzərində ev tikmək olmaz. Komandanın etibarlı müdafiəsi olmalıdır, amma bu yoxdur. Hər şeyi səhv ardıcıllıqla etdilər və bu, onların əleyhinə işlədi. Rəhbərlik öz səhvlərini etiraf etməli, Kerriki günahlandırmamalıdır", – deyə Merson vurğulayıb.
