Messi Argentina Futbol Federasiyasını məhkəməyə verəcək?


Lionel Messi ilə Argentina Futbol Assosiasiyası (AFA) arasında kommersiya məsələləri ilə bağlı fikir ayrılıqları zəminində ciddi münaqişə yaranıb.
Futbolpress.az xəbər verir ki, “L’Équipe” nəşrinin yaydığı məlumata görə, DÇ-2022-nin qalibi öz obrazından və adından kommersiya məqsədləri üçün istifadə olunmasını qadağan etmək üçün qurumu məhkəməyə verməyə hazırlaşır. Messinin AFA prezidenti Klaudio Tapiya və onun köməkçisi Pablo Toviccino ilə münasibətlərinin gərgin olduğu bildirilir.
Mənbənin məlumatına görə, Messinin milli komandadakı vida matçının təşkilatçılığının da lazımi səviyyədə olmaması narazılığı artırıb. Belə ki, “Michelob” pivə brendi ilə eksklüziv müqaviləsi olan ulduz futbolçu AFA-nın təşkil etdiyi reklam kampaniyasında onun təsvirinin başqa bir pivə markası tərəfindən istifadə edildiyini öyrənib. Bu hal “Michelob” şirkətinin kəskin etirazına səbəb olub.
Xatırladaq ki, Lionel Messi oktyabrın 7-də Benin yığmasına qarşı keçirilən və 3:0 hesablı qələbə ilə yekunlaşan oyundan sonra milli komanda karyerasını başa vurub.
