Makrona yeni RƏQİB - keçmiş Baş nazir də prezidentliyə namizəd oldu


Fransada seçkiqabağı mübarizə qızışır. Fransanın keçmiş baş naziri Dominik de Vilpen 2027-ci il keçiriləcək prezident seçkisində iştirak etmək niyyətindədir. "Le Monde" nəşrinin yazdığına görə, Dominik de Vilpen namizədliyinin rəsmi qaydada irəli sürülməsi üçün tələb olunan 500 seçilmiş vəzifəli şəxsdən təxminən 300-nün imzasını toplayıb. Xatırladaq ki. Fransada növbəti prezident seçkisi 18 aprel 2027-ci ildə keçiriləcək.
Mətləb
