Karlos Alkaras səhhətindəki problemə görə məşqi yarımçıq saxladı


İspaniyalı tennisçi Karlos Alkaras ATP Yekun Turniri ərəfəsində italiyalı Flavio Kobolli ilə keçirdiyi məşqi planlaşdırıldığından 20 dəqiqə tez başa vurub.
Offsideplus.az "Marca" nəşrinə istinadən xəbər verir ki, dünyanın 3 nömrəli raketka ustasının məşqi yarımçıq qoymasına səhər saatlarından etibarən mədəsində yaranan narahatlıq səbəb olub.
Qeyd edək ki, Alkaras turnirdə ilk oyununu noyabrın 16-da amerikalı Frensis Tiafoya qarşı keçirəcək.
İspaniyalı tennisçi ilə eyni qrupda rusiyalı Daniil Medvedev də yer alıb.