İtaliyada inflyasiya kəskin artıb


İtaliyada istehlak qiymətlərinin artım tempi gözləntiləri üstələyib.
Xitab24.az ANSA agentliyinə istinadən xəbər verir ki, ölkənin Milli Statistika İnstitutunun (ISTAT) açıqladığı məlumatlara əsasən, oktyabr ayında illik inflyasiya 5,5 faizə yüksəlib.
Qiymət artımına əsasən enerji daşıyıcılarının və emal olunmamış ərzaq məhsullarının bahalaşması təsir göstərib.
İnflyasiyanın proqnozları üstələməsi ölkədə əhalinin alıcılıq qabiliyyəti və yaşayış xərcləri ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib.