Paşinyan Azərbaycanla sərhədin açılması planından danışdı

Ermənistan qonşu ölkələrlə nəqliyyat və sərhəd infrastrukturunun inkişafı istiqamətində bir sıra layihələri müzakirə edir.
Army.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
Paşinyanın sözlərinə görə, Türkiyə və İranla körpülərin inşası, eləcə də İranla daha böyük sərhəd-keçid məntəqəsinin yaradılması məsələsi gündəmdədir. Gürcüstanla isə mövcud nəqliyyat xətlərinin ötürücülük qabiliyyətinin artırılması müzakirə olunur.
Paşinyan bildirib ki, “Şimal-Cənub” layihəsinin icrası sürətlə davam edir və Ermənistan TRIPP layihəsinin həyata keçirilməsi mərhələsinə daxil olur.
Baş nazir əlavə edib ki, Azərbaycanla da iki ölkə arasındakı sərhədin açılması istiqamətində strateji planlaşdırma məsələləri müzakirə edilir.
Sizə maraqlı ola bilər
“Yeni dövr açacaq” – Paşinyandan TRIPP layihəsindən danışdı
“Apocalypse II” xidmətdə: ABŞ-dən diqqətçəkən addım
“Səngərdə oturmaq vaxtı deyil” – Medvedev
İran sanksiyaları belə yarır: Çindən milyardlarla dollarlıq…
Post Views: 8
AzərbaycanErmənistan
Dərc vaxtına görə
