İstanbul nəhəngi "Mançester Yunayted"in ulduzuna göz dikdi


"Beşiktaş" qış transfer dönəmində heyətini gücləndirmək üçün "Mançester Yunayted"in (Manchester United) futbolçusu Amad Diallonu gündəminə gətirib.
Fanat.Az xəbər verir ki, informasiyanı T24 yayıb.
Məlumata görə, İstanbul təmsilçisi xüsusilə sağ cinah üçün futbolçu axtarışındadır və 24 yaşlı Fil Dişi Sahili millisinin üzvünü izləyir.
Diallo bu mövsüm "Mançester Yunayted"in heyətində 8 oyuna çıxıb və 514 dəqiqə meydanda olub. Bu matçlarda onun hesabında 1 məhsuldar ötürmə var.
"Beşiktaş"ın futbolçunun transferi ilə bağlı hələlik rəsmi danışıqlara başlamadığı bildirilir. Klubun Belçika və Portuqaliya çempionatlarından da alternativ namizədləri nəzərdən keçirdiyi qeyd olunur.
Diallonun "Mançester Yunayted"lə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. Onun təxmini bazar dəyəri isə 45 milyon avro göstərilir.
Əlisahib İbrahimli
