ADNSU Gürcüstanın 9 universiteti ilə əməkdaşlıq memorandumu imzalayıb


Gürcüstanın Tbilisi şəhərində keçirilən I Azərbaycan–Gürcüstan Rektorlar Konfransı çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Gürcüstanın 9 universiteti ilə əməkdaşlıq memorandumu (MoU) imzalayıb.
Memorandumlar Tbilisi Vebster Universiteti, Biznes və Texnologiyalar Universiteti, Batumi Şota Rustaveli Dövlət Universiteti, Akaki Tsereteli Dövlət Universiteti, Gürcüstan Texniki Universiteti, Qafqaz Universiteti, Gürcüstan Aviasiya Universiteti,Gürcüstan Britaniya Universiteti və Gürcüstan Amerika Universiteti ilə imzalanıb.
Konfransda çıxış edən ADNSU-nun rektoru, dosent Rüfət Əzizov universitetin fəaliyyəti, akademik və elmi-tədqiqat potensialı, ikili diplom proqramları, beynəlxalq tələbə kontingenti və QS beynəlxalq reytinqindəki mövqeyi barədə məlumat verib.
Tədbirdə Azərbaycan və Gürcüstan arasında ali təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, universitetlərarası əlaqələrin inkişafı və birgə təşəbbüslərin həyata keçirilməsi məsələləri müzakirə olunub.
1 mənbə
