İslam Maxaçev Dvalişvili və Usman arasındakı insidentə münasibət bildirib


UFC-nin yüngül çəkidə çempionu İslam Maxaçev Abu-Dabidə Usman Nurmaqomedov və Merab Dvalişvili arasında baş verən insidentə münasibət bildirib. O, sosial şəbəkədə yazıb ki, hazırda Usmanı və onun dostlarını tənqid edənlər vaxtilə Merabın səbəbsiz yerə dağstanlı idmançını vurmasına və onun ləyaqətinə toxunmasına niyə susmuşdular.
Offsideplus.az xəbər verir ki, Maxaçev qeyd edib: "İnsan onunla pis niyyət olmadan söhbət etməyə yaxınlaşmışdı. Bu gün baş verənlərin təməli Merabın öz vətənində qonağı vurmasına və onun anasına toxunmasına imkan verməsi ilə qoyulub". Xatırladaq ki, ötən ilin yayında Gürcüstanda Dvalişvili və Əhməd Hacıməqomedov arasında insident yaşanmışdı. 10 iyun tarixində RAF turnirindən əvvəl Hacıməqomedov Meraba yaxınlaşaraq, niyə Umar haqqında mənfi fikirlər səsləndirdiyini soruşmuşdu. Dvalişvili isə buna cavab olaraq Hacıməqomedovu vurmuşdu. Daha sonra Xabibin qardaşı Dvalişviliyə sillə vurmuş və qanlı dava baş vermişdi.
1 mənbə