İslam 2035-ci ildə dünyanın ən böyük dini olacaq


ABŞ-də aparılan bir araşdırmaya görə, İslamın 2035-ci ilə qədər dünyada ən çox yayılmış din olacağı gözlənilir.
Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki, bu, Vaşinqtonda yerləşən "Pew" Tədqiqat Mərkəzi tərəfindən dərc edilən araşdırmanın nəticələrində yer alıb.
Araşdırmaya görə, 2035-ci ildə müsəlmanların sayı 2,57 milyarda, xristianların sayı isə 2,52 milyarda çatacaq. Mövcud tendensiyalar davam edərsə, 2035-ci ilə qədər dünya üzrə müsəlmanların sayının xristianların sayını keçəcəyi gözlənilir.
Bildirilib ki, 2020-ci ildə xristianların sayı təxminən 2,3 milyard, müsəlmanların sayı isə 2 milyard idisə, 2070-ci ilə qədər müsəlmanların sayının 3,6 milyarda, xristianların sayının isə 3 milyarda çatacağı gözlənilir.
Eyni zamanda 2020-ci ildən başlayaraq 50 illik dövrdə dünya əhalisinin 29 faiz artacağı gözlənilir. Eyni dövrdə müsəlman əhalisinin 80 faiz, bütün məzhəblərdən olan xristian əhalisinin isə 30 faiz artacağı proqnozlaşdırılır.
Gülşən Şərif