Epşteyn qalmaqalı kral ailəsinə uzandı: Qızları birbaşa III Çarlzın iqamətgahına çatdırıb?


Böyük Britaniya polisi amerikalı maliyyəçi Ceffri Epşteynin Şotlandiyada kral III Çarlza məxsus Balmoral iqamətgahına qızların gətirilməsi ilə bağlı iddiaları araşdırır. İşdə kralın keçmiş şahzadə titulundan məhrum edilmiş qardaşı Endryunun da adı hallanır.
Publika.az xəbər verir ki, bu barədə “RadarOnline” nəşri məlumat yayıb.
Şotlandiya polisinin rəhbəri Co Farrell araşdırmaya başlanıldığını açıqlayıb. Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının bir neçə mənbədən əldə etdiyi məlumatlar yoxlanılır. Araşdırmanın məqsədi Balmoral ərazisində Endryu və Epşteynin iştirakı ilə qadın alveri hallarının baş verib-vermədiyini müəyyənləşdirməkdir.
Farrell bildirib ki, məlumatların təhlili davam etdiriləcək və bundan sonra atılacaq addımlar barədə qərar veriləcək.
Araşdırmaya marağı artıran əsas məqamlardan biri ABŞ Ədliyyə Nazirliyinin açıqladığı sənədlər olub. Həmin materiallarda Endryu ilə Epşteynin Balmoral ərazisində çəkilmiş fotoları, eləcə də maliyyəçinin Gislen Maksvelllə Qlen-Beqdəki taxta daxmada görüntüləri yer alıb.
Arxivdə Endryu ilə bağlı başqa fotolar da aşkarlanıb. Onlardan birində keçmiş şahzadə Sandrinqem iqamətgahındakı salonda bir neçə naməlum qadının yanında dizləri üstə uzanmış vəziyyətdə görünür.
Qeyd edək ki, 2025-ci ilin payızında kral III Çarlz qardaşı Endryunu kral titullarından və imtiyazlarından məhrum edib. Bukingem sarayı onun bütün vəzifə, titul və mükafatlarının geri alınması proseduruna başlanıldığını açıqlayıb. Bundan sonra Endryu Mauntbetten-Vindzor soyadından istifadə etməyə başlayıb.
Müəllif: Adəm
1 mənbə