Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil ocaqlarına vakant yer seçimi aparılır


10 mənbə əsasında
Mədəniyyət Nazirliyinin tabeliyində olan incəsənət məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu məqsədilə vakant yerlərin seçimi mərhələsinə start verilib. Proses 19-23 noyabr 2026-cı il tarixlərini əhatə edəcək və test ilə müsahibə mərhələlərindən müvəffəqiyyətlə keçmiş 199 namizəd bu hüquqdan istifadə edə biləcək. İştirakçılar ixtisaslarına və keçid ballarına uyğun olaraq ən azı bir, ən çoxu isə on beş vakant yer seçmək imkanına sahibdirlər. Yerləşdirmə prosesi namizədlərin yekun balları və qeyd etdikləri ardıcıllıq nəzərə alınmaqla həyata keçiriləcəkdir.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
İncəsənət məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi başlayır
Bakı, 19 noyabr, AZƏRTAC Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət (musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq və s.) məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakant yer seçimi mərhələsi başlayır.Nazirlikdən AZƏRTAC-a bildirilib ki, vakant yer seçimi noyabrın 19-dan 23-dək aparılacaq.Müsabiqənin test və müsahibə mərhələlərinin nəticələrinə əsasən uğur qazanmış 199 namizəd vakant yer seçimində iştirak etmək hüququna malikdir.Namizədlər ixtisas və müvafiq keçid ballarına uyğun elan edilmiş vakant yerlərdən ən azı 1, ən çoxu 15-ni seçə bilərlər. Seçim siyahısında namizəd ən çox üstünlük verdiyi vakant yeri birinci, digər vakant yerləri isə üstünlük sırasına uyğun qeyd etməlidir.Qeyd edək ki, yerləşdirmə müsabiqə üzrə yekun bal və seçim ardıcıllığı əsasında aparılacaq.
Tam oxu AZƏRTAC saytındaDərc vaxtına görə
