İlon Mask Trampla birlikdə prezident təyyarəsində səfər edəcək


Amerikalı milyarder İlon Mask ABŞ Prezidenti Donald Trampla birlikdə Çinə prezident təyyarəsi “Air Force One” ilə səfər edəcək.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, bu barədə NBC News Ağ Evdəki mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, Mask Trampın Asiya səfəri zamanı nümayəndə heyətində iştirak edən iri biznesin yeganə təmsilçisi olacaq. Bununla belə, sahibkarın rəsmi görüşlərə qatılmayacağı qeyd edilib.
Səfər çərçivəsində Trampın Çin lideri Si Cinpinlə ikitərəfli danışıqlar aparması, həmçinin Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə üçtərəfli görüş keçirməsi planlaşdırılır.
Qeyd edək ki, Mask son aylarda ABŞ-ın siyasi həyatında da fəallıq göstərib. O, payızda ABŞ-da keçiriləcək aralıq seçkilərində Texas ştatının respublikaçılarına dəstək məqsədilə azı 168 milyon dollar vəsait ayırıb.
