Azərbaycan Prezidenti İtaliya Nazirlər Şurası sədrinin müavinini qəbul edib


64 mənbə əsasında
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də İtaliya Respublikasının Nazirlər Şurası Sədrinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayanini qəbul edib. Görüş zamanı dövlət başçısı iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyini vurğulayıb. Söhbət zamanı İtaliya ilə iqtisadiyyat, ticarət və xüsusilə enerji sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Tərəflər qarşılıqlı səfərlərin və irimiqyaslı sərmayələrin ikitərəfli münasibətlərin dərinləşməsinə töhfə verdiyini qeyd ediblər.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
İlham Əliyev İtaliya Nazirlər Şurası sədrinin müavinini qəbul edib - Foto
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də İtaliya Respublikasının Nazirlər Şurası sədrinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayanini qəbul edib. Tiraj.az xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqında birgə bəyannaməyə toxunaraq, Azərbaycanla İtaliyanın yaxşı tərəfdaşlıq qurduqlarını, dostluğa əsaslanan əlaqələrimizin uğurla inkişaf etdiyini deyib. Prezident İlham Əliyev bu il İtaliya Respublikası Nazirlər Şurasının Sədri Corcia Meloninin ölkəmizə uğurlu səfərini xatırladaraq, səfər çərçivəsində onunla siyasi sahədə qarşılıqlı fəaliyyət, iqtisadiyyat, ticarət və ikitərəfli gündəlikdə duran digər məsələlərlə bağlı yaxşı müzakirələrin aparıldığını bildirib. Dövlətimizin başçısı İtaliya Prezidenti Sercio Mattarellanın ölkəmizə, özünün isə İtaliyaya səfərlərinə toxunaraq vurğulayıb ki, bütün bunlar əlaqələrimizin inkişafına mühüm töhfə verir. Yüksək səviyyədə olan əlaqələrimizin iqtisadi fəaliyyətimizə də müsbət təsir göstərdiyini deyən Azərbaycan Prezidenti bu sahədə əməkdaşlığımızın genişlənməsindən məmnunluğunu ifadə edib, irimiqyaslı sərmayələrin əhəmiyyətini vurğulayıb. Prezident İlham Əliyev qeyd edib ki, İtaliya enerji sahəsində Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Dövlətimizin başçısı ölkəmizin İtaliyanın enerji bazarına daxil olduğunu, orada neft emalı müəssisələri və yanacaqdoldurma məntəqələri əldə etdiyini deyib. Prezident İlham Əliyev Azərbaycanda müxtəlif sahələrdə uğurla fəaliyyət göstərən italyan şirkətlərinin sayının artmasını da məmnunluqla qeyd edib. Azərbaycan Prezidenti əlaqələrimizin, həmçinin təhsil sahəsini də əhatə etdiyini deyib, bu xüsusda ötən il İtaliya dövlətinin başçısının iştirakı ilə Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışını xatırlayıb. Prezident İlham Əliyev Antonio Tayaninin səfərinin uğurlu olacağına və strateji münasibətlərimizi daha da gücləndirəcəyinə ümidvarlığını ifadə edib. İtaliya Nazirlər Şurası s
Tam oxu Tiraj.az saytındaDərc vaxtına görə
Tiraj.azoxuduğunuz
İlham Əliyev İtaliya Nazirlər Şurası sədrinin müavinini qəbul edib - Foto